Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törətdi

Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törətdi

Polis əməkdaşı Bakıda qəza törədib.

Aktual.az APA-ya istinadən bildirir ki, hadisə Nizami rayonu, Babək prospekti 75 ünvanında qeydə alınıb. Polis serjantı, 1993-cü il təvəllüdlü Rahib Rövşən oğlu Əfəndiyevin idarə etdiyi "Hyundai İX-35" markalı xidməti avtomobil Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Həmid Musa oğlu Musayevin idarə etdiyi "Mercedes" markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR