Bakıda polis 24 yaşlı piyadanı vurub öldürdü

Bakıda polis 24 yaşlı piyadanı vurub öldürdü

Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, Qəzanı törədən polis əməkdaşı olub. 

Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi “Mercedes E-200” markalı, 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.

Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər 842 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR