Bakıda oğurluq - 48 min dollar, 25 minlik qızıl

Bakıda oğurluq - 48 min dollar, 25 minlik qızıl

Bakıda mənzildən oğurluq olub.

"Report”un xəbərinə görə, hadisə Xətai rayonu, N.Tusi küçəsi ev 14-dəki mənzillərdən birində baş verib.

Orada yaşayan 60 yaşlı Xuraman Hacıyevaya məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 48 min ABŞ dolları, 900 avro və təxminən 25 min manat dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR