Qaradağ rayonunda əcnəbi vətəndaş özünü doğrayıb.
"Report" xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində yerləşən oteldə baş verib.
1974-cü il təvəllüdlü Kərimzadə Bayram qonaq olduğu oteldə hər iki qolunu iti alətlə kəsib. O çoxlu qan itirib.
Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi və Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.