Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsdi

Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsdi

Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

Aktual.az  report-a istinadən bildirir ki, Üzeyir Hacıbəyli küçəsi 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o, sevdiyi qız üçün intihara cəhd göstərib. 
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR