Bakıda nurçulara qarşı ƏMƏLİYYAT

Bakıda nurçulara qarşı ƏMƏLİYYAT

Bakıda nurçulara qarşı əməliyyat keçirilib.

Aktual.az  bildiriri ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata 

keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan 

təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri - 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü 

Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan 

olunmuş dini ədəbiyyat götürülüb.

Məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğu təbliğ edirmiş.
 

Aktual.az 

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR