Bakıda törədilmiş qətlin təfərrüatları məlum olub.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Nurməmmədov Vasif Şirməmməd oğlunun 22 yaşlı Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Əbdülməmmədov tutulub.
Araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən Vasif Nurməmmədov ailəli, 3 uşaq atasıdır. O, əslən Sabirabad rayonundandır.
Hadisəni törədən 22 yaşlı Xalid Əbdülməmmədov bildirib ki, qətli qısqanclıq zəminində törədib. Məlum olub ki, bir müddət əvvəl Vasif Sabirabadda toyda iştirak edəndən sonra Xalidin qardaşının həyat yoldaşının da olduğu avtomobillə Bakıya gəlib. Yolda Vasif Xalidin qardaşı arvadı ilə münasibət qurmağa, onunla söhbət etməyə, tanış olmağa çalışıb. Bu məsələ Xalidin qulağına çatan kimi o, Vasifi öldürmək qərarına gəlib və Bülbüləyə gələrək onun evini tapıb. Vasif qapının qarşısına çıxan kimi 22 yaşlı gənc onu bıçaqlayaraq qaçıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
17.07.2017
Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evinin qapısında bıçaqlanıb.
Aktual.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Vasif Əhmədov evdə olarkən naməlum şəxs qapını döyərək onu küçəyə çağırıb və onun ürək nahiyəsinə bıçaqla zərbə endirib.
30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən şəxsin görüntüləri yaxınlıqda olan zavodun kamerasına düşüb.
Mərhumun atasının dediyinə görə, qətli törədən şəxsi tanımırlar.
Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır.
08:49
Bakıda qətl törədilib.
Aktual.az-ın APA-ya istinadla məlumatına xəbərinə görə, qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb. V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır. Faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb.
Xəbər 3826 dəfə oxunub.