Bakıda Moskva günləri keçiriləcək

Bakıda Moskva günləri keçiriləcək
  • İDMAN

Noyabrın 16-dan başlayaraq Bakıda Moskva günlərinə start veriləcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Moskva şəhərinin idman nümayəndələri sırasına Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin rəsmi nümayəndələri, 14 nəfər idmançı, 2 nəfər məşqçi, Olimpiya çempionları Musulbes David Vladimiroviç (1996-cı il, Atlanta) və Boqiev Vadim İosifoviç (2000-ci il, Sidney) daxildir.

Bu günlər çərçivəsində Bakı və Moskva şəhərlərinin boks idmanı üzrə 2000-2001-ci il təvəllüdlü, sərbəst güləş üzrə 2002-2003-cü il təvəllüdlü yeniyetmə oğlanlardan ibarət komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Qonaqlar Fəxri və Şəhidlər xiyabanlarının ziyarət edəcək, eyni zamanda idman obyektləri ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində görüşü də nəzərdə tutulur.

Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının çüdo üzrə çempionu Elnur Məmmədli, Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini, Rusiyanın sərbəst güləş üzrə Olimpiya çempionları David Musulbes, Vadim Bogiev və digər rəsmi qonaqlar iştirak edəcəklər.

17 noyabr tarixində sərbəst güləş üzrə Tofiq Bəhrəmov adına Respublika stadionunun güləş zalında, 18 sentyabr tarixində isə boks üzrə Boks İdman Mərkəzində master-klass və yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Bakıda Moskva günləri 19 noyabr tarixdə başa çatacaq. Qeyd edək ki, tədbir 1997-ci il 13 iyun tarixində rəsmi Bakı və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Tədbirin keçirilməsində məqsəd rəsmi Bakı və Moskva arasında idman, mədəni, elmi-texniki və iqtisadi əlaqələrin inkişafına töhfə vermək, əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.

Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR