Bakıda restoranda müştərilərdən biri üzüyünü itirib.
Aktual.az-ın lent.az-a istinadən məlumatına görə, Yasamal rayon sakini Sürəyya Talıb qızı Talışinskaya polisə müraciət edərək bildirib ki, “MariVanna” restoranının sanitar qovşağında ağ qızıldan hazırlanmış və brilyantla bəzədilmiş üzüyünü unudub.
O, 20 dəqiqə sonra qayıtsa da, üzüyünü qoyduğu yerdə tapa bilməyib.
Şikayətçi əlavə edib ki, üzüyün dəyəri təxminən 30 min dollardır.
Restorandan bildirilib ki, onlar itən əşyalara görə cavabdehlik daşımırlar.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az