Bakıda mənzildən 4600 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ev 111 A mənzil 18-də qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Əhmədov Nəvai Saleh oğlu evdə olmadığı vaxtda onun mənzilindən 4600 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 378 dəfə oxunub.