Bakı şəhəri, Suraxanı rayonunda mənzildən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Aktual.az report-a istinadən bildirir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə, Nizami İsmayılov küçəsi ev 115-də yaşayan 33 yaşlı Qabil İsmayılovun evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 30 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.