Oğru ev sahibi üçün də pul saxlayıb.
Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, Rəşid Behbudov küçəsi ev 142-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Bəhman Niyazi oğlu Səmədovun evində olan 190 min ABŞ dollarının 150 min dolları naməlum şəraitdə oğurlanıb. Oğru (və ya oğrular) mənzildəki 40 min dolları saxlayaraq gedib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsində (PB) araşdırma aparılır.