Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Aktual.az APA-ya istinadən bildirir ki, hadisə iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Cahangir Əliyevin evindən 70 000 ABŞ dolları, 30 000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı polisi tərəfindən tutulublar.