Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi

Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi

Mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib

Aktual.az Trend-ə istinadən bildirir ki, martın 6-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sabirabad şəhər sakini Nadir Kərimovun paytaxt ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış keçirilib.

Orada müvafiq sənədləri olmayan, mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib.

Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.
 
Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR