Bakının məhşur klinikasında boğaz ətinin kəsilməsi nəticəsində övladının sağalmağı məhv edilən atanın dərdinə əlac edən yoxdur. Şuşadan məcburi kökün olan Rəşad Bağırov Criminal.az-a müraciət edərək 7 yaşlı oğlu Nihadın "Diaqnoz" Tibb Mərkəzinin həkimi Qənbər Qocayevin səhlənkarlığı itirdiyini bildrib.
Onun sözlərinə görə, boğaz ətinin götürülməsi əməliyyatını aparan Q.Qocayev oğlunu onu pis vəziyyətə salıb: “Külli miqdarda maddi ziyandan əlavə oğlumun sağlamlığında ciddi problem yaranıb. Şuşadan məcburi köçkünük. Bir qız, bir oğlum var. Qənbər Qocayev uşaqları müayinə etdikdən sonra hər ikisində 3-cü dərəcəli adanoidtanzilit olduğunu və hər iki uşaqda təcili əməliyyat aparılmazsa, ürək qüsuru yaranacağını bildirdi.
“Diaqnoz Tibb Mərkəzi”nin baş həkimi Ələddin Cabbarov bizə qohum olduğundan ona inanaraq ilk olaraq Nihadın əməliyyatına razılıq verdik. Əməliyyat 2014-cü il iyunun 2-də Qənbər Qocayev tərəfindən “Diaqnoz Tibb Mərkəzi”ndə oldu. Əməliyyatdan bir gün sonra oğlum Nihadı evə buraxdılar. Əməliyyatın 9-cu günü uşağın ağız və burnundan kəskin qanaxma başladı. Demək olar ki, onu ölümcül vəziyyətdə “Diaqnoz Tibb Mərkəzi”nə çatdırdıq. Önəmli fakt olduğu üçün klinikanın sənədlərində onun qanaxma ilə xəstəxanaya yerləşdirildiyi gizlədilib. Uşağa təcili müdaxilələr olunub, sistem köçürüldü. Vəziyyət ciddi olduğu üçün Nihadı bir gecə xəstəxanada saxlamalı oldular”.
R.Bağırov qeyd edir ki, sonradan övladının vəziyyəti daha da ağırlaşıb və yenidən uşağı təkrar Qənbər Qocayevin yanına müayinəyə aparıblar. Lakin həkim uşağın xroniki faringit və allergiyası olduğunu söyləyərək bir neçə dərman yazıb. Halbuki dərmanlar da təsir etməyib. Sonra Q.Qocayevin vaxt uzatmasından şübhələnərək başqa həkimə yollandıq və Nihada nazofarinks stenoz diaqnozu qoyuldu.
Daha sonra professor Refiq Çayla tərəfindən 18.08.2014-cü il tarixdə oğlum əməliyyata alındı. Bir neçə dəqiqə sonra məni və həyat yoldaşımı təcili həkimin yanına çağırdılar. Refik həkim durumun çox ciddi olduğunu deyərək əməliyyatı yarımçıq saxladığını dedi. Bildirdi ki, əks halda uşaq həyatını itirə bilərdi. Həkim bu əməliyyatın Azərbaycanda deyil, yalnız Almaniya və Amerikada mümkün olduğunu dedi.
Şikayətçi deyir ki, baş həkimi Ələddin Cabbarov oğlunun hətta İsraildə müalicə olunmasına yardım edəcəyinə dair söz verib, sonradan bizi aldatdı. Ata əlavə edir ki, Qənbər Qocayevi, Ələddin Cabbarovu və Diaqnoz Tibb Mərkəzini Xətai rayon Məhkəməsinə verib. Məhkəmə tərəfindən Qənbər Qocayevin, Ələddin Cabbarovun və Diaqnoz Tibb Mərkəzinin bu işdə günahı olmadığı bildirildi.
Valideyn bildirdi ki, oğlunu ömürlük şikəst qoyan Qənbər Qocayev barədə prezident İlham Əliyevə, Mehriban Əliyevaya, səhiyyə nazirinə, Zakir Qaralova məktubla müraciət edib: “Ovladın həkim səhvindən sağlamlığını itirib. Səhvin boynuna götürsün, uşağımı sağaldıb mənə versin. 30 min manata qədər xərcimiz çıxıb. Hələ qarşıda da 9 min manatlıq əməliyyat durur. Usta əməyi ilə dolanan adamam və kirayədə qalıram. Qarşıdakı əməliyyata maddi durumum əl vermir. Xahiş edirik səsimizi cənab prezidentə çatdırın. Uşağıma sahib çıxsınlar. Mənə başqa heç nə lazım deyil”.
“Diaqnoz Tibb Mərkəzinin” həkimi Qənbər Qocayev Criminal.az saytına bildirdi ki, həmin valideyn hər yerə ondan şikayət yazır. Onun fikrincə, məhkəmə qərar verib və bu qərarları təqdim edə bilər: "Ekspertizanın rəyi var. Bizim əməliyyat olub, sadəcə spayka əmələ gəlmişdi. Uşaq indi sağalıb. Saytlara göndərilən şəkil və video əməliyyatdan sonra çəkilib. Məqsəd puldur və onlar mənəvi ziyana görə pul istəyir. Diqanoz klinikasından pul tələb edir. Həmin xəstə bizim baş həkimin qohumlarıdır.
Mənə heç nə demirlər, onunla sözləri düz gəlməyib və belə hərəkət edirlər. Diaqnozu hörmətdən salmaq istəyirlər. Maliyyə və tibbi ekspertiza keçrildi. Heç bir problem olmadı. Ələddin həkim ona demişdi ki, spayka problemini klinikada pulsuz aradan qaldırarıq. Onar isə uşağı başqa yerə apardılar. Sonra isə məhkəmədən bizə kağız gəldi. Mənim əməliyyatıma görə heç kim heç nə deməyib. Yazılı sənəd gətirəydi ki, mənim əməliyyatımdan sonra xəstə neçə dəfə əməliyyat olunub. Bizdən sonra cəmi bir əməliyyat olunub. Əgər günahımız olsaydı prokurorluq və məhkəmə bizə nəsə edərdi".
R.Bağıyov sonda əlavə etdi ki, xəstəxananın baş həkimi Ələddin Cabbarov "Azərsu"nun prezidenti Qorxmaz Hüseynovla qudadır. Q.Hüseynov ötən il dekabrın 18-də Ə.Cabbarovun qızını öz oğluna alıb. Həmin klinikanın da məhz Q.Hüseynova məxsus olduğunu iddia edir.