Məsələyə aydınlıq gətirən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Milli.Az-a bildirib ki, qadının naməlum şəxs tərəfindən qətlə yetirilməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil:
"Yanvarın 24-nə keçən gecə saat təxminən 2:05 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Aeroport yolundakı körpünün altında təxminən 50-55 yaşlarında ağır bədən xəsarətləri almış qadın aşkar edilib. Həmin şəxs təcili olaraq 3 saylı şəhər kliniki xəstənaxasına aparılıb. Lakin həkimlərin səyinə və xəstəyə göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadını guya naməlum şəxsin köprüdən ataraq qətlə yetirməsi barədə məlumatların isə heç bir əsası yoxdur. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Mərdəkan qəsəbəsində yaşayan 1970-ci il təvəllüdlü Sevda Məmmədova olub. İlkin məlumatlara görə, ruhi-əsəb xəstəsi olan bu xanım anasının dediyinə əsasən, ötən gecə yaşadığı evi özbaşına tərk edib. İlkin ehtimala görə, o, özünü körpüdən aşağı atıb. Ona görə də bütün hallarda bunu qətl kimi qələmə vermək doğru yanaşma deyil. Hazırda fakt üzrə araşdırma aparılır".
Aktual.az
Xəbər 867 dəfə oxunub.