Bakıda məktəbin qarşısında baş vermiş xuliqanlıq hadisəsi zamanı şagirdin qolu sınıb.
Aktual.az xəbər verir ki, hadisə Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında olub.
N.Nərimanov küçəsində - məktəbin qarşısında Əli adlı şəxs xuliqanlıq zəminində 2008-ci il təvəllüdlü A.Quliyevi (ad-soyad şərtidir) döyüb. Nəticədə həmin məktəbin şagirdi olan yeniyetmənin qolu sınıb.
O, xəstəxanaya aparılıb və qolu gipsə salınıb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Fakt üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.(qafqazinfo)
Xəbər 335 dəfə oxunub.