Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Qaradağ rayonunda baş verən məktəb yanğını ilə bağlı məlumat yayıb.

Aktual.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 kv.m olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.
Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
****

Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.

Aktual.az
xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.
Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.
Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.
 
Aktual.az
Xəbər 747 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR