Bakıda məktəbdə 1-ci sinif şagirdi yıxılaraq xəsarət alıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, N.Nərimanov adına 45 saylı orta məktəbin 1-ci sinfində oxuyan 2010-cu il təvəllüdlü Abdulla Herakıyev Abdulla məktəbin pilləkənindan yıxılaraq bədən xəsarətləri alıb.
O, "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Məktəblinin nəzarətsiz vəziyyətdə yıxılmasının səbəbləri araşdırılır.
Aktual.az
Xəbər 264 dəfə oxunub.