Bayramın mənası ölümün həyatın bir parçası olduğunu göstərməkdir.
Bakıda “Ölülər Günü”nə həsr olunmuş tədbir keçirilir.
Meksika səfirliyindən Aktual.az-a verilən məlumata görə, “Ölülər Günü” bayramı Yunesko tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmiş yeddi Meksika mədəni adətindən biridir.
Digər altı xüsusiyyətlər arasında Mariaçi və ənənəvi Meksika mətbəxi var.
“Ölülər Günü”nün qeyd olunması qədim köklərə malikdir və onun əsas məqsədi ölənlərin yad olunmasından ibarətdir.
Bu gündə insanlar yaxınlarının məzarlarını ziyarət etmək üçün qəbiristanlıqlara üz tutur.
Bayramın fərqli cəhətlərindən biri isə qurbangahların qurulmasıdır.
“Ölülər Günü”nə aid Meksika adətlərinin içində ölülərin qurbangahı əsas elementə çevrilib. Ailənin dünyadan köçən üzvləri xatirəsinə qurulan bu qurbangahlarda ölənin xoşladığı yeməklər, şəxsi əşyalar, şam və güllər qoyulur.
“Ölülər Günü”nün mənası ölümün həyatın bir parçası olduğunu göstərməkdir.
Qeyd edək ki, bayram Meksika səfirliyinin dəstəyi ilə Maya restoranında keçirilir.
Aktual.az