Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarda qızıl qoyan şəxslər əmanətlərini geri ala bilmir.
Bu günlərdə daha 4 nəfər bir müddət əvvəl bağlanan lombarda qoyduqları qızılı geri ala bilmədiklərini bildirib.
Belə ki, 8-ci Polis Bölməsinə müraciət edən Ağayeva Narıngül Cənnət qızı 60 qram, Haşımova Gülxar Hüzür qızı 25 qram, Salahova Kəmalə Lələ qızı 8 qram, Məmmədova Rəhilə İslam qızı isə 40 qram qızılı Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarddan geri ala bilmədiklərini qeyd ediblər. Onlar şikayət ərizələrinfə qızılı lombardın sahibi, 1963-cü il təvəllüdlü Əllazi Tahirə Məmməd qızına verdilərini qeyd ediblər.
Qeyd edək ki, həmin lombardla bağlı polisə daha əvvəl də çoxsaylı şikayətlər daxil olub.
Araşdırmalar davam etdirilir. \lent.az