Bakıda ləğv olunan marşrutlara görə xətlər dəyişəcək?

Bakıda ləğv olunan marşrutlara görə xətlər dəyişəcək?

Bakıda ləğv olunan 16, 18 və 96 saylı marşrut xətlərindən istifadə edən sərnişinlər üçün heç bir problem yaranmayacaq.

Aktual.az Trend-ə  istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, 18 saylı marşrut xətti ilə "BakuBus" MMC-nin 7 nömrəli marşrut xətti üst-üstə düşürdü: "7 nömrəli marşrutun 18 nömrəli marşrutun xəttinə tam uyğunlaşdırılması üçün qismən dəyişiklik ola bilər". 

N.Allahyarova bildirib ki, digər marşrut xətləri də nəzərdən keçiriləcək və ehtiyac olduğu halda müəyyən dəyişiklik ediləcək: "Elə edəcəyik ki, ləğv olunan marşrut xətlərindən istifadə edən sərnişinlər əziyyət çəkməsinlər".

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR