Bakıda kürəkən qayınanasını qətlə yetirdi

Bakıda kürəkən qayınanasını qətlə yetirdi

 Bakının Nərimanov rayonunda kürəkən qayınanasını qətlə yetirib.


"Report” xəbər verir ki, hadisəni Cəsarət İsgəndərov adlı şəxs ailə münaqişəsi zəminində törədib.

Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı İsgəndərova Fəhminə qızı İsgəndərova Leylanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan, C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətindədir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. C.İsgəndərov istintaq qrupu tərəfindən saxlanılıb. Verilən məlumata görə, hadisə vaxtı o, sərxoş vəziyyətdə olub.

Qeyd edək ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR