Bakıda küçənin ortasında gənc oğlan qətlə yetirildi

Bakıda küçənin ortasında gənc oğlan qətlə yetirildi

Bakıda qətl törədilib. 
 
"Report" xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsi 64 ünvanında üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan kişi meyiti aşkar edilib. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşı gəlib. Hadisə yeri və meyitə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin, 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlu olması müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda İstintaq qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR