Bakıda namus üstə dava salanlar həbs olunub.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, qardaşının arvadı ilə münasibəti olan şəxsi döydükləri üçün qayın və adamları həbs olunublar.
Döyülən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Xatırladaq ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Akkord” yaşayış kompleksindəki obyektlərin birində baş verib. Davanın görüntüləri yayıldıqdan sonra adları açıqlanmayan həmin şəxslər tutulublar.
Axşam saatlarında naməlum şəxslər orta yaşlı adamı təqib ediblər. O, xilas olmaq üçün bərbərxanaya daxil olub. Arxasınca salona soxulanlar onu bayıra çıxarmaq istəyiblər.
Kişi onlara bıçaq çıxararaq müdafiə olunmağa və qaçmağa çalışıb. Amma təqibçilər bərbərxananın qapısını bayırdan bağlayaraq qaçmasına imkan verməyiblər.
Sonra köməyə gələn əlavə iki nəfər bərbərxananın şüşələrini sındıraraq içəri girib, onu döyə-döyə maşına basıb naməlum istiqamətə aparıblar.
Hadisə şahidləri davanın səbəbini soruşduqda onlardan biri deyib ki, qardaşının arvadı ilə danışırmış, ona mesajlar yazırmış.
Dava kadrlarını təqdim edirik: