Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər 3 bıçaq xəsarəti alıb.
Aktual.az "Report"a istinadən bildirir ki, Kürdəxanı qəsəbəsinin Hüseynbala Ağaverdiyev küçəsində 1977-ci il təvəllüdlü Qəhrəmanov Elşad Qəhrəman oğlu ilə Rauf Mübariz oğlu arasında mübahisə düşüb.
Nəticəsində Rauf E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə əvvəlcə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan qohumları E.Qəhrəmanovu 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.
Rauf E.Qəhrəmanovun xalası oğludur.
Xəbər 428 dəfə oxunub.