Avqustun 26-da Bakının Xəzər rayonunun Binə qəsəbəsində xuliqanlıq törədilib.
1984-cü il təvəllüdlü Bağırov Adil Dadaş oğlu rayonun 1 saylı polis şöbəsinə müraciət edib.
Aktual.az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
A.Bağırov bildirib ki, avqustun 26-da saat təqribən 23:00-da üçünün maskalı olduğu dörd naməlum şəxs onu həyat yoldaşı 1988-ci il təvəllüdlü Samirə Zaidova ilə boşandığına görə döyüblər.
Faktla bağlı araşdırma aparılır.