Bakıda kişi tanışını itələyərək öldürdü

Bakıda kişi tanışını itələyərək öldürdü

İyulun 17-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Aktual.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib
Bildirilib ki, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR