Bakıda kişi hər gün iti amansızlıqla döyür - VİDEO

Bakıda kişi hər gün iti amansızlıqla döyür - VİDEO

Binəqədi rayonunda kişi hər gün iti vəhşicəsinə döyür.
Bu barədə GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov paylaşım edib. 

O bildirib ki, rayonun Biləcəri qəsəbəsi, Məlik Aslanov, döngə 3 ünvanında yaşayan şəxs gün ərzində dəfələrlə iti vəhşicəsinə döyür:
"Bu məlumatı bizə həmin şəxsin qonşuları təqdim ediblər. Qonşular qeyd edirlər ki, iti xüsusi amansızlıqla döyür, hətta bəzən iti başıaşağı asaraq taxta ilə başına-başına vurur. Videogörüntülərdən də bəllidir ki, iti döyən şəxs törətdiyi əməldən zövq alır”.
"Azərbaycan Heyvanlarının Mühafizəsi İctimai Birliyi olaraq tələb edirik ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilsin”, - deyə F.Mansurov əlavə edib.
Aktual.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videodan məlumatlıdırlar:
"Artıq araşdırmalara başlanılıb. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlarla rəhmsiz rəftar) maddəsinə əsasən, protokol tərtib olunur.



Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR