Bakıda kirayə evlərin qiyməti düşür

Bakıda kirayə evlərin qiyməti düşür

Son günlər kirayə mənzil bazarında qiymətlərdə müəyyən qədər azalmalar müşahidə olunur.

Aktual.az  xezerxeber.az-a istinadən bildirir ki, əgər yanvar-fevral aylarında qiymətlərdə artım baş verirdisə, artıq azalma başlayıb və bu prosesin iyul ayına qədər davam edəcəyi gözlənilir.
Rieltorların sözlərinə görə, daha çox azalma may ayında olacaq. Qiymətlər təqribən 6-7 faiz aşağı düşəcək. Bunun isə bir sıra səbəbləri var.
Əmlak bazarı iştirakçıları deyirlər ki, qiymətlərdə dəyişiklik tələb-təklifdən asılı olaraq dəyişəcək. Belə ki, əgər tələb çox, təklif az olarsa, o zaman avtomatik olaraq qiymətlərdə artım baş verir.
Əmlak mütəxəssisi Nüsrət İbrahimov ən çox tələb olunan kirayə zonasının dəyişmədiyini deyir. Bu, metro çıxışlarının ətraflarının daxil olduğu 3-cü zonadır. 2 otaqlı mənzillərə tələbat da hər zamankı kimi yüksəkdir.
Kvadratmetri nəzərə alınmaqla köhnə tikili mənzillərin kirayə qiyməti isə yeni tikili mənzillərin qiymətindən baha olaraq qalmaqdadır.

Aktual.az
Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR