Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər cinayətlərdə təqsirləndirilən Sənan Məmmədovun məhkəməsi başa çatıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S. Məmmədov evə basqın edərək bir nəfəri qətlə yetirməkdə, 2 nəfərə xəsarət yetirməkdə təqsirli bilinir.
Hadisə Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.
S. Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.
Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb, digərləri sağ qalıb.
Aktual.az
Xəbər 598 dəfə oxunub.