Bakıda qətl törədilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirərək, hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən K.Abdullayev orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb.
Araşdırma aparılır.
Xəbər 254 dəfə oxunub.