Bakıda intihar hadisəsi baş verib
Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi, 852 saylı bağ evində qeydə alınıb. Orada yaşayan əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Samir Akif oğlu Hacıyev evin zirzəmisində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla ağlı cinayət işi başlanıb, istintaq gedir.
Aktual.az
Xəbər 594 dəfə oxunub.