Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb.
"Report”un xəbərinə görə, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Yusifov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının "isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.İmaməliyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbər 579 dəfə oxunub.