Bakıda keçirilən Formula 1 Qran Prisinin ADI DƏYİŞDİRİLDİ

Bakıda keçirilən Formula 1 Qran Prisinin   ADI DƏYİŞDİRİLDİ
  • İDMAN

Bakıda təşkil olunan Formula 1 üzrə Avropa Qran Prisi 2017-ci ildən Azərbaycan Qran Prisi adlandırılacaq. 

Aktual.az  report-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının açıqladığı təqvimdə deyilir. Həmin təqvimə əsasən, Azərbaycan Qran Prisi gələn il iyunun 18-də keçiriləcək.
21-ci dəfə baş tutacaq yarış Avstraliya Qran-prisi ilə başlayacaq. Pilotlar mövsümə martın 26-da Melburnda start verəcək. İlin son yürüşü isə Abu Dabidə olacaq. Həmin Qran-pri noyabrın 26-da keçiriləcək.

2017-ci ildə keçiriləcək Qranprilər:
26 mart. Melburn (Avstraliya)
9 aprel. Şanxay (Çin)
16  aprel. Bəhreyn (Bəhreyn)
30. aprel. Soçi (Rusiya)
14 may. Barselona (İspaniya)
28 may. Monte Karlo (Monako)
11 iyun. Monreal (Kanada)
18 iyun. Bakı (AZƏRBAYCAN)
2 iyul. Şpilberq (Avstriya)
9 iyul. Silverstoun (Böyük Britaniya)
23 iyul. Budapeşt (Macarıstan)
30 iyul. Hokkenhaym (Almaniya)
27 avqust. Spa-Frankorşamps (Belçika)
3 sentyabr. Montsa (İtaliya)
17 sentyabr. Sepanq (Malayziya)
1 oktyabr. Sinqapur (Sinqapur)
8 oktyabr. Suzuka (Yaponiya)
22 oktyabr. Ostin (ABŞ)
5 noyabr. Mexiko (Meksika)
12 noyabr. San Paulu (Braziliya)
26 noyabr. Abu Dabi (ABŞ)

Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR