Bakıda keçiddə piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakıda keçiddə piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb.

"Report”un xəbərinə görə, hadisə oktyabrın 22-də paytaxtın Binəqədi rayon, Biləcəri qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbənin Natavan küçəsində yerləşən piyada keçidində Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Ş.Ələsgərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.
Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.
Binəqədi Rayon Polis İdarəsi, Dövlət Yol Polis Şöbəsi və 6-cı Polis Bölməsinin keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1989-cu il təvəllüdlü R.Namazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.




Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR