Bakıda, "Sərin" kafesində kütləvi dava baş verib.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, hadisə avqustun 1-i axşam saatlarında baş verib. Şəhərin 4-cü mikrorayon ərazisində olan kafedə mübahisə əlbəyaxa dava ilə nəticələnib. Xəsarət alanların olduğu bildirilir.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək tərəfləri sakitləşdiriblər, saxlananlar var.
Xəbəri Nəsimi RPİ-nin 19-cu polis bölməsindən təsdiqlədilər. Hadisə yerində olmuş təhqiqatçı Rəşad İmanov isə bu mövzuda danışmaq istəməyərək məlumatsız olduğunu dedi.
Qeyd edək ki, son aylar şadlıq saraylarında, restoranlarda kütləvi davalar tendensiya halını alıb.