Bakıda jurnalist vəfat etdi - Küçədə yıxılıb

Bakıda jurnalist vəfat etdi   - Küçədə yıxılıb

Bakıda küçədə ölüm hadisəsi baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, günorta saatlarında metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında təxminən 65-70 yaşlı kişi qəfildən huşunu itirərək yıxılıb.

Yaxınlıqda olan adamlar hadisə yerinə təcili tibbi yardım çağırıblar. Lakin həkimlər hadisə yerinə gələndə artıq gec olub.

Yaşlı kişi dünyasını dəyişib.

Dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Küçədə dünyasını dəyişən şəxs jurnalist Sabir Mustafayevdir. O, "Respublika" qəzetinin əməkdaşı imiş. Altmış yaşlı S.Mustafayevin Cəlilabad rayonunda doğulub.
Hadisə yerinə "Respublika" qəzetinin redaktoru da gəlib.

Mərhumun meyiti morqa aparılıb.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR