Axşam saatlarında Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.
Aktual.az "Report"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəməsi baradə məlumat daxil olub.
Hadisə yerinə cəlb edilmiş FHN-in müvafiq xilasetmə qüvvələri vətəndaşla psixoloji söhbət aparıb və onu fikrindən daşındıraraq intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:19-da başa çatıb.
Aktual.az