Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, intihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.
"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü M.G. yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.
G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var.
Aktual.az Xəbər 379 dəfə oxunub.