Bakıda inklüziv təhsil tətbiq olunacaq

Bakıda inklüziv təhsil tətbiq olunacaq

Bakıda inklüziv təhsilin həyata keçiriləcəyi məktəblər müəyyənləşdirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə əmr verib.

Əmr Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış "2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı"na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması üçün nəzərdə tutulan "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" layihəsinin icrasının davamlılığını təmin etmək məqsədilə verilib.

Əmrə əsasən, 2016-2017-ci tədris ilində dörd ümumtəhsil məktəbdə - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələr müəyyən ediliblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot seçilmiş məktəblərə göndərilməsini və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidir.

Xəbər 741 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR