Bakıda daha bir azyaşlı faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də Paytaxtın Nizami rayonunda 3 yaşlı Fərid Hüseynov evlərinin eyvanından (5 mərtəbəli binanın 3-cü mərtəbəsindən) yıxılıb. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Bunadan başqa sentyabrın 14-də Xəzər rayonunun Qala kəndində 1 yaşlı Zeynəb Quliyeva kanalizasiya quyusuna yıxılıb. Uşağın meyiti oradan çıxarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.