Bakıda iki nəfər özünü öldürmək istədi

Bakıda iki nəfər özünü öldürmək istədi

Bakıda intihara cəhd hadisələri baş verib.

Aktual.az  report-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu, N.Tusi küçəsi ev 46 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Hafiz Qafarov yaşadığı evdə bıçaqla qol nahiyəsinə xəsarət yetirib, sonra isə çoxlu sayda müxtəlif dərmanlar içərək özünü öldürməyə cəhd edib.

H.Qafarov 7 saylı Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib.

Digər hadisə Nizami rayonunda baş verib. Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Əfqan Məmmədov özünü öldürmək məqsədilə H.Əliyev prospektində asma körpüyə çıxmaq istəyərkən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qarşısı alınıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR