Bakıda iki nəfər su quyusuna düşərək boğuldu

Bakıda iki nəfər su quyusuna düşərək boğuldu

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dərinliyi təxminən 20 metr olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Aktual.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin meyitlərini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR