Bakının Sabunçu rayonunda iki nəfər evdə dəm qazından zəhərlənib.
Aktual.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.
Yanardağ yaşayış massivində fərdi yaşayış evində yaşayan 1972-ci il təvəllüdlü Aslanova Sənubər Rais qızı və 1996-cı il təvəllüdlü Ələkbərov Tələt Mütəllim oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar.(apa.az)
Xəbər 462 dəfə oxunub.