Bakıda iki kişi öz qollarını doğrayıb.
Aktual.az "Report”a istinadən xəbər verir ki, hadisələrdən biri Binəqədi, digəri Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsindəki evlərdən birində yaşayan 1975-ci il təvəllüdlü S.Vəliyev sərxoş vəziyyətdə qolunu ülgüclə kəsib.
Bundan başqa, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsindəki evlərdən birində yaşayan 1967-ci il təvəllüdlü Ş.Məmmədov intihar məqsədi ilə bıçaqla qollarını kəsib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Aktual.az
Xəbər 732 dəfə oxunub.