Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə dördüncü dəfə keçirilən Dünya Kubokunun açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə əvvəlcə 41 iştirakçı ölkənin bayraqları nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçı ölkələri salamlayıb: "Son illər Azərbaycanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" kimi nüfuzlu yarışlar keçirilib. İdman sahəsindəki uğurların müəllifi məhz cənab Prezident İlham Əliyevdir. Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Meriban xanım Əliyevanın da xidmətləri böyükdür. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika indi Azərbaycanda inkişaf dövrünü yaşayır. Gimnastikanın yeniyetmə və gənclər arasında populyarlığı artır. AGF 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yeri tutması məhz bu diqqətin təzahürü, ölkədə gimnastikanın inkişafı istiqamətində fəaliyyətin səmərəliliyinin göstəricisidir. Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər. Bakıda təkcə bu il ərzində 7 beynəlxalq gimnastika yarışı keçiriləcək. Əmin etmək istərdim ki, bu məsuliyyətli işin öhdəsindən gələcəyik". .
Yarış iştirakçılarına uğurlar arzulayan Y.Məmmədəliyev Dünya Kubokunu açıq elan edib. Daha sonra Dünya Kubokuna start verilib.
Qeyd edək ki, dörd gün davam edəcək yarış "Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Dörd gün davam edəcək turnirdə 41 ölkədən 120-yə yaxın kişi, 40-dan çox qadın gimnastın mübarizə aparacağı gözlənilir. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” Kuboku da təqdim olunacaq. İlk iki gündə təsnifat, sonrakı iki gün ərzində isə final mərhələləri olacaq. Martın 15-də isə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda 4 idman gimnastı – 3 kişi və 1 qadın təmsil edəcək. Kişilərin yarışına Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınlarda isə Marina Nekrasova qatılacaq. Ağarzayev sərbəst hərəkətlər, dəstəli at və dayaqla tullanma, Simonov halqalar, paralel qollar və turnikdə, Tixonov və Nekrasova isə bütün hərəkətlərdə mübarizə aparacaq.
Xəbər 413 dəfə oxunub.