Yarışlar üç gün davam edəcək.
Bakıda fevralın 19-da idman gimnastikası üzrə Dünya Kuboku start götürəcək.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Azərbaycan Milli Gimnastika Arenasında keçiriləcək Dünya Kuboku 3 gün davam edəcək.
Yarışda 18 ölkənin idmançıları iştirak edəcək.
Çempionatda Azərbaycan 4 qız və 2 oğlan olmaqla, 6 idmançı ilə təmsil olunacaq.