Bakıda avtobusda cibgirlik edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Aktual.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər 282 dəfə oxunub.