Bakıda içərisində 22 ton maye qaz olan avtosistern aşıb

Bakıda içərisində 22 ton maye qaz olan avtosistern aşıb

Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes” markalı avtosistern aşıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.
DYMX-nin xilasetmə qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobildə, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR